Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.
Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı doğuş zamanı ölüb.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!