Türkiyədən Ukraynaya qayıtdıqdan sonra “Azovstal”ın azad edilmiş beş komandirinin hamısı müharibənin başa çatması üçün mümkün olan hər şeyi edəcək.
BUTA.TV UNİAN-a istinadla xəbər verir ki, bu sözləri “Azov” batalyonunun komandiri Denis Prokopenko bildirib
Hərbi hissələrdən birinin ərazisində keçirilən mətbuat konfransı zamanı komandirlərin cəbhəyə qayıtmağı qayıtmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandırarkən o, belə cavab verib:
“Əlbəttə, bunun üçün Ukraynaya qayıtdıq, bu, bizim əsas məqsədimizdir. Bu gün üçün ən vacibi odur ki, Ukrayna ordusu cəbhə xəttində strateji təşəbbüsü ələ keçirib, biz hər gün irəliləyirik, düşməni məhv edirik, müvəqqəti işğal olunmuş əraziləri azad edirik. Əminəm ki, biz bu prosesi sürətləndirmək və müharibənin məntiqi yekunlaşması üçün mümkün olan və olmayan hər şeyi edəcəyik”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə aparıb. Kreml “Azov” komandirlərinin Ukraynaya qayıtmasını həm Ukrayna, həm də Türkiyə tərəfləri arasında razılaşmaların pozulması adlandırıb. Belə ki, sazişə əsasən, Rusiya əsirliyindən azad edilən “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!