Xəbər verdiyimiz kimi, Fransa Ermənistana Olivye Dekottinyeni yeni səfir təyin edib.
BUTA.TV xəbər verir ki, bu məlumatın ardınca Fransanın hazırkı səfirinin geri çağırılması ilə bağlı səbəblərə diqqət yetirilib. Bildirilib ki, hazırkı səfir Ann Luyonun təyinatından heç iki ildə keçməyib. Belə ki, o, 2021-ci ilin avqustun sonunda Ermənistana səfir təyin edilib. Onun vaxtından əvvəl vəzifəsindən geri çağırılmasının səbəbi isə korrupsiya ittihamı ilə bağlıdır.
Qeyd edilir ki, fransalı araşdırmaçı jurnalist, bloger, milliyyətcə erməni olan Leo Nikolyan Ann Luyoya qarşı ciddi mübarizəyə başlayıb. O, 25 noyabr 2022-ci ildə səfirin hesabına 3 milyon 100 min ABŞ dollarının yatırıldığını əks etdirən HSBC bank sənədini dərc edib və səfiri korrupsiyada ittiham edib.
Fransa səfirliyi bütün məlumatları təkzib edib və dərc olunan sənədin saxta olduğunu bəyan edib.
Buna baxmayaraq, An Luyonun geri çağırılmasının bu mübarizədə uduzduğunun nəticəsi kimi təqdim edilib.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!