Türkiyənin Ukrayna istiqamətində pozitiv addımlar atacağı gözlənilən idi. Ukraynada “Baykar”ın hərbi zavodu açılır, burada “Bayraqdar” və başqa müasir hərbi dron və texnikalar istehsal olunacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Türkiyənin “Azov” batalyonunun komandirlərini Ukraynaya təhvil verməsi ilə bağlı danışarkən deyib.
“Rusiya-Türkiyə münasibətlərində gərginliyin səbəbi Kremlin özüdür. Çünki Rusiya taxıl sazişini tərk etmək istəyir. Bu da şəxsən Prezident Ərdoğanın nüfuzuna zərbədir. Ona görə ki, taxıl müqaviləsində Ərdoğan zamin duran şəxsdir. Buna cavab olaraq Türkiyə "Azov" döyüşçülərini buraxdı. Yəni bildirmək istəyir ki, Rusiyanın addımları düzgün deyil. Zatən Rusiya taxıl sazişini tərk etsə, Türkiyə bunu davam etdirəcək. Nəticə etibarilə bu müddətdə Ankara və Moskva arasında bəzi gərginlik olacaq”, - o bildirib.
Ekspert qeyd edib ki, bu mərhələdə ABŞ-la olan problemlər həll olunacaq:
“Türkiyə-ABŞ gərginliyi zamanı Rusiya-Türkiyə yaxınlığı müşahidə edilirdi. Ona görə ki, Rusiya həmişə ABŞ-la gərginlik yaşayan ölkələrlə yaxınlıq etməyə çalışır. Yəni burada taktiki siyasi manevrlərdən söhbət gedə bilər. İndi bu dönəmdə ümid etmək olar ki, ABŞ-Türkiyə münasibətləri düzələcək - istər F-16, istərsə də siyasi, iqtisadi, texniki və başqa sahələrdə əməkdaşlıq genişlənəcək”.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!