“Vaqner”in təsisçisi Yevgeni Priqojinin üsyanından sonra bir neçə rus general gözdən itib. General Sergey Surovikinin yerinə isə onun müavini ictimaiyyət qarşısına çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
“İyulun 10-da Rusiya Baş Qərargah rəisi general Valeri Gerasimov 2023-cü il iyunun 24-də baş vermiş uğursuz “Vaqner” üsyanından sonra ilk dəfə televiziyada çıxış edib. Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Viktor Afzalov Gerasimovla videobağlantı vasitəsilə əlaqə yaradıb. Afzalov ən azı dörd ildir bu vəzifədədir, lakin bu, onun Gerasimovla ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır. Afzalov Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Surovikinin müavinidir. Surovikinin yeri naməlum olduğu halda, Afzalovun ictimai profilinin gündəmə düşməsi general Surovikinin hərbi qiyamdan sonra vəzifədən uzaqlaşdırılması fərziyyəsinə əlavə çəki verir”, - məlumatda deyilir.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!