Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır.
BUTA.TV xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib .
"Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır", - XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanların bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır:
"Bu gün mina qurbanlarının sayı ilə bağlı qanlı statistikanın aylıq, həftəlik üzrə artımı hərbi cinayətdir. Bu, unudulmamalıdır. Eyni zamanda, 30 ilə yaxın bir müddət ərzində 4 minə yaxın insanımızın itkin düşməsi, bu müddət ərzində onlarla bağlı heç bir məlumat bölüşməmək və yalnız Azərbaycan dövləti bu torpaqlara qayıdandan sonra qısa müddət ərzində çoxsaylı kütləvi məzarlıqların tapılması bu cinayətlərin bir daha təsdiqidir".
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan