Göyçay rayonunda tut ağacını kəsən qadın cəzalandırılıb.
Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, 31a ünvanında tut ağacının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı tut ağacının sözügedən ünvanda yaşayan vətəndaş İlhamə Babayeva tərəfindən kəsildiyi müəyyən olunub.
“Faktla bağlı akt, protokol tərtib edilib və İ.Babayeva barəsində qanunamüvafiq tədbir görülüb”.
B.Məhəmmədovun sözlərinə görə, kəsilmiş ağacın yerinə payız mövsümündə yeni ağacın əkilməsi üçün Göyçay bələdiyyəsinə göstəriş verilib.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı