İyulun 14-də Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarına dair sosial şəbəkələrdə səs yazısı yayılıb. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu səs yazısı həqiqəti qətiyyən əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin iyulun 14-də təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları ilə bağlı məlumatında deyilib.
"İmtahan prosesində ləngimə və namizədlərin əlavə stres yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunmuşdur. Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməmişdir.
Bir daha xatırlatmaq istəyirik ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır.
Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar", - məlumatda qeyd olunub.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı