Mənim mübarizəmi heç bir repressiya, hətta ölüm təhlükəsi belə dayandıra bilməz.
BUTA.TV “Georgia Online” saytına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
Saakaşvili Gürcüstan hakimiyyətini onun müvafiq tibbi yardım ala biləcəyi AB ölkələrindən birinə köçürülməsinə dəstək verməyə çağıran Avropa Parlamentinin üzvlərinə təşəkkür edib:
“Mən Avropa Parlamentinin üzvlərinə böyük həmrəyliklərinə görə təşəkkür etmək istərdim. Görün rus hökumətinin danışan başçıları səhərdən burada necə əsəbiləşirlər. Heç bir repressiya, hətta ölüm təhlükəsi də mənim azadlıq, Avropa, Ukraynanın qələbəsi və Gürcüstanı inkişaf və uğur yoluna qaytarmaq uğrunda mübarizəmi dayandıra bilməz”, - Saakaşvili yazıb.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı