Xankəndidə erməni separatçıların keçirdiyi aksiya çərçivəsində Xocalıdakı rus sülhməramlı kontingentinin müvəqqəti qərargahına yürüş etməsinin ardınca yayılan görüntü sosial şəbəkələrin Azərbaycan seqmentində qəzəblə qarşılanıb.
BUTA.TV xəbər verir ki, separatçılardan biri Azərbaycan və azərbaycanlıları təhqir edir, Rusiya sülhməramlısı isə özünü ərazinin “sahibi” kimi aparır və Azərbaycan torpağında yerləşdirildiyinin fərqinə varmır.
Separatçı Qarabağdakı ermənilərin hər birinin evində avtomat olduğunu, onların Azərbaycan Ordusuna qarşı döyüşə biləcəklərini, azyaşlı övladının əlinə belə silah verə biləcəyini də qeyd edir. Guya onlar ona görə döyüşmürlər ki, rus sülhməramlıların “öz vəzifələrini yerinə yetirməsini” gözləyirlər.
İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ilə birgə, Qarabağdakı separatçıların da cəmi 44 gün ərzində tamamilə darmadağın olduğunu xatırladan sosial şəbəkə istifadəçiləri isə separatçının bu iddiasını gülünc adlandırıblar. Eyni zamanda, Qarabağın ermənilər yaşayan hissəsində hər evdə avtomat silahlar olması faktının etirafına diqqət çəkən istifadəçilər elə bu faktın antiterror əməliyyatına əsas verdiyini bildirirlər.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab