Rusiya Superkuboku: 200-ə yaxın azarkeş saxlanıldı

19:42 - 16 İyul 2023 - GÜNDƏM

 Rusiya Superkuboku: 200-ə yaxın azarkeş saxlanıldı

Polis iyulun 15-də Kazanda keçirilən Rusiya Superkuboku uğrunda oyuna gələn 196 azarkeşi saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Tatarıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 156 inzibati protokol tərtib edilib:

“Ak Bars Arena” stadionunda “Zenit” (Sankt-Peterburq) və PFK CSKA (Moskva) futbol klubları arasında keçirilən oyunu 40,8 mindən çox tamaşaçı izləyib. Onların arasında ölkənin müxtəlif bölgələrindən Kazana gələn "Zenit" klubunun 5,6 minə yaxın aktiv azarkeşi və 9,1 min PFC CSKA azarkeşi olub. Ümumilikdə, Kazan şəhərinin polis şöbələrinə müxtəlif hüquqpozmalara görə 196 azarkeş gətirilib. Faktla bağlı 156 inzibati protokol tərtib edilib".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol