“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Krım körpüsünün partladılmasına reaksiya verərək, Kiyevin mərkəzinə cavab zərbələri endirilməsinə eyham vurub.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
“Bankovaya (Kiyevdə Ukrayna Prezidentinin Ofisinin yerləşdiyi küçə) hələ də yerindədir, yoxsa orada artıq nəhəng quyu (bomba partlayışında yaranmış çuxur – red.) var? Bəs Radanın binası hələ də dağıdılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Hələ də durur?” - o bildirib.
Qeyd edək ki, 17 iyulda Krım körpüsünü 2 dronla hücum edilib, nəticədə dağıntı var və iki nəfər ölüb.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab