Tarix göstərir ki, nə ABŞ, nə də Çin bir-birini düşmən kimi qəbul edə bilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Pekində Çinin müdafiə naziri Li Şanfu ilə görüşündə deyib.
“İndiki dünyada imkanlarla yanaşı çağırışlar da mövcuddur. Çin və ABŞ bütün anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və qarşıdurmalardan qaçmalıdır. Tarix və praktika daima göstərir ki, nə ABŞ, nə də Çin bir-birinin rəqibi ola bilər”, - o bildirib.
Kissincer onu da qeyd edib ki, iki ölkə arasında müharibə başlayarsa, bu, hər iki tərəfə ciddi nəticə verməyəcək:
“Hər iki tərəf müdrik olmalı, birlikdə işləməli və inkişaf etməlidir. İki ölkənin orduları əməkdaşlığı gücləndirməli, iki ölkə arasında münasibətlərin inkişafı üçün müsbət nəticələr əldə etmək məqsədilə bütün səyləri göstərməli, dünyada sülh və sabitliyi qorumalıdır”.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video