İyulun 18-də İtaliyanın paytaxtı Romada havanın temperaturu 41,8 dərəcə səviyyəsində olmaqla yeni rekord göstəriciyə çatıb. Sardiniya adasında isə temperatur 45 dərəcəyə yüksəlib.
BUTA.TV xəbər verir ki, Cənubi Avropanın böyük hissəsində müşahidə olunan isti hava dalğası səbəbindən Roma daxil olmaqla, İtaliyanın 20 şəhərində “qırmızı” xəbərdarlıq elan edilib.
İyulun 19-da isə ölkənin 27 böyük şəhərindən əsasən mərkəz və cənub bölgələrindəki 23 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.
Mütəxəssislər anomal istilərin bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edib, saat 11:00-18:00-dək zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub.
Qeyd edək ki, 2022-ci ilin iyununda Romada havanın temperaturu 40,7 dərəcəyə yüksəlib və rekord göstərici qeydə alınıb.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video