Astarada iribuynuzlu heyvan sahibinə xəsarət yetirib, o xəstəxanada həyatını itirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Maşxan kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadov gecə saatlarında həyətə düşüb. Bu zaman iribuynuzlu heyvan (kəl) arxadan hücum edərək onu ayaqlarının altında əzib. Səsə çıxan ev sahibləri Elşən İbadovu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsində xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, o, təcili əməliyyat blokuna göndərilib. Bütün reanimasion və cərrahi müdaxilələrə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video