Moskvada cinayət işi açılan Rusiya vətəndaşı, siyasi fəal İrina Belaçe İrəvan hava limanında saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.
“Belaçenin qızı Hanna Nikolaenko bildirib ki, iyulun 18-də anası məzuniyyət üçün Tiflisə gedib, onu ölkəyə buraxmayıblar və o, İrəvana uçmalı olub. Onu İrəvana buraxıb, sonra Rusiyada cinayət işi olduğunu bilib həbs ediblər”, - o bildirib.
Qeyd edək ki, İrina Belaçe 2011-ci ildən Rusiyada siyasi fəaliyyətlə məşğuldur. 2016-cı ildə o, Ukraynaya gedib və orada Rusiyanın Kiyevdəki səfirliyi yaxınlığında keçirilən etiraz aksiyasında iştirak edib. Rusiya İstintaq Komitəsi ona qarşı “beynəlxalq müdafiədən istifadə edən quruma hücum” maddəsi ilə cinayət işi açıb. Rusiya qadını beynəlxalq axtarışa verib. 2021-ci ildə Moskvanın Basmannı məhkəməsi Belaçeni qiyabi həbs edib.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video