Tərtərdə ağır yol qəzası: körpə öldü

10:02 - 20 İyul 2023 - GÜNDƏM

 Tərtərdə ağır yol qəzası: körpə öldü

Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb.

BUTA.TV xəbər verir ki, hadisə Tərtər rayonu, Bəyimsarov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Kamran Səbiri oğlu Süleymanov idarə etdiyi VAZ-21723 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol