Ermənistan Baş naziri Nikol Paşinyan 15 iyulda Brüsseldə Azərbaycan lideri İlham Əliyev və AB Şurası rəhbəri Şarl Mişellə keçirdiyi üçtərəfli görüşdə nələrin müzakirə olunduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
Nikol Paşinyan bildirib ki, Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasının bir daha təsdiqlənməsi müzakirə olunub:
“Sərhədlərin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır. Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”.
O qeyd edib ki, həmçinin regional kommunikasiyaların açılmasının tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında olması da gündəmdə olub:
“Humanitar məsələlərə toxunaraq deyə bilərəm ki, Azərbaycan bu mövzuda beynəlxalq tərəfdaşlara verdiyi vədləri pozmaqda davam edir, lakin biz əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı işi yorulmadan davam etdirməliyik”.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı