Bakıdan Səudiyyənin daha 2 şəhərinə uçuşlar başlayır

12:20 - 20 İyul 2023 - GÜNDƏM

 Bakıdan Səudiyyənin daha 2 şəhərinə uçuşlar başlayır

Azərbaycan Hava Yolları QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan BUTA.TV-a verilən məlumata görə, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə reyslər isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol