Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiya sülhməramlı kontingenti Qarabağ münaqişəsi zonasına (müvəqqəti - red.) yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Türkiyə Prezidentinin Üçtərəfli noyabr bəyanatına əsasən 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağı tərk etməli olduğuna dair çıxışını şərh edərkən deyib.
“Məhz bu sənəddə həm kontingentin regionda qalma müddəti, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib. Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Əsas funksiyası atəşkəsi qorumaqdır, regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, region ölkələrinin, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan, biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla yaxşı əlaqələndirilmiş qarşılıqlı əlaqəni qeyd edə bilərik”, - o bildirib.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı