“2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də yer alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.
“Cavid ABŞ-nin Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.
O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST Universitetində "Electrical Engineering" (Elekrtik mühəndisliyi) və "Technology Management" (Texnologiya menecmenti) ixtisasları üzrə iki magistratura bitirib”, - Elm və Təhsil Nazirliyi rəsmisi qeyd edib.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys