Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

22:18 - 20 İyul 2023 - GÜNDƏM

 Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə BUTA.TV-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlər 22 iyul saat 11:00-dan 25 iyul 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına dair apellyasiya müraciətlərinin təhlili başa çatıb. Tarix, biologiya, texnologiya və təsviri incəsənət fənləri üzrə aparılmış təhlillərə əsasən, imtahan nəticələri yenidən hesablanıb. Namizədlərin imtahan nəticələri şəxsi səhifələrinə göndərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol