Ötən gün vəfat edən tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, N.Babayeva bu gün səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.
Allah rəhmət eləsin!
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys