İsrail kəşfiyyat orqanları ruslardan ölkə vətəndaşlarına yönəlmiş onlayn təbliğat fəaliyyətlərini dayandırmağı tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, son aylarda hazırkı hökumətin siyasətinə qarşı kütləvi etirazların keçirildiyi sosial media reklamları və botlardan istifadə etməklə İsraildə parçalanmanı gücləndirməyə yönəlmiş kampaniya aparılır.
Qeyd olunur ki, bu, İsrail kəşfiyyatının ikinci belə tələbidir:
“Birinci tələb İsrailin əvvəlki seçkilərində, israillilərə təsir etmək üçün sosial media botlarından kütləvi şəkildə istifadə edildiyi zaman olmuşdu”.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys