Bakı şəhərində 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
Məlumata görə, yanğın zamanı avtobusun içərisində sərnişin olmayıb. Sərnişinlər vaxtında təxliyə olunublar.
Yanıq xəsarəti ilə bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys