İlham Əliyev Ərdoğanla dostluğundan danışdı

16:00 - 21 İyul 2023 - GÜNDƏM

 İlham Əliyev Ərdoğanla dostluğundan danışdı

Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur.

BUTA.TV xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir”, - deyə dövlətimizin başçısı bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol