Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyən edilib.
Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, tullantı sularından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə əsasən zərərli maddələrin miqdarının normadan artıq olduğu məlum olub.
Faktla bağlı zavodun direktoru Oqtay Niftəliyev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Nöqsanların aradan qaldırılması və tullantı sularının düzgün idarə olunması məqsədilə direktora məcburi göstəriş verilib.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys