Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ramil Hacılının Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncamda qeyd olunur:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin".
Digər sərəncamla, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova həvalə edilib
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys