Ukrayna niyə S-300 raketlərini vura bilmir? - Ekspert

10:22 - 23 İyul 2023 - GÜNDƏM

 Ukrayna niyə S-300 raketlərini vura bilmir? - Ekspert

S-300-lər ballistik raketlərdir. Onlar trayektoriyasını korrektə edə bilirlər. Bu, onların vurulmasının mümkünsüzlüyünün səbəblərindən biridir.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın S-300 raketlərinin çətinliklə vurulması ilə bağlı ünvanlanan suala cavabında deyib.

Onun sözlərinə görə, ruslar S-300-dən yerüstü hədəflərə qarşı istifadə etdikdə, bu raketlər 100 kilometrə qədər uça bilir:

"İstər koordinatlarla, istərsə də GPS ilə... 100 kilometri səsdən yüksək sürətlə bu raket bir neçə dəqiqə, hətta saniyə ərzində uçur. Xarkov sakinləri onun 40-50 saniyəyə uçduğunu yazıblar. Belə qısa müddətdə buraxılışın aşkarlanması, məlumatların işlənməsi, görüş nöqtəsinin hesablanması və S-300-ün hədəfə daxil olmasından əvvəl onun qarşısını almaq üçün raketin buraxılması demək olar ki, mümkün deyil".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol