Rusiya diqqəti Zaporojyedəki vəziyyətdən yayındırmaq üçün Kupyansk istiqamətində böyük hücum həyata keçirməyə çalışır, onların real uğurları yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Son günlər ruslar Luqansk və Xarkov vilayətləri istiqamətində cəbhəboyu zonanın atəşə tutulmasını xeyli gücləndiriblər. Rusiya çox güman ki, yalnız kiçik üstünlüklər əldə edib, lakin şimalda hücumların bərpası bu ərazinin Kreml üçün əhəmiyyətini göstərir, eyni zamanda ruslar Zaporojyenin cənubunda ciddi təzyiqlərlə üzləşirlər. "Qərb” qüvvələr qrupu"na Luqansk vilayəti ətrafında bufer zona yaratmaq üçün Oskol çayına çatmaq tapşırılıb. Kreml bunu müharibədəki əsas məqsədlərindən biri hesab edir”, - hesabatda qeyd olunub.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür