“Neftçi” daha bir müdafiəçini transfer etdi

12:34 - 23 İyul 2023 - GÜNDƏM

 “Neftçi” daha bir müdafiəçini transfer etdi

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

BUTA.TV xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb. 29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol