İran Hərbi Hava Qüvvələri İsfahanda hərbi təlimlər keçirir.
BUTA.TV xəbər verir ki, İran Hərbi Hava Qüvvələrinin təliminin əsas mərhələsi bu gecə başlayıb.
Təlimlərdə 92 növ qırıcı, bombardmançı və pilotsuz təyyarələrdən istifadə olunur. Təlim zamanı kəşfiyyat, hava və yer hədəflərinin məhv edilməsi həyata keçirilir.
Tehran, Təbriz, Şiraz, Bəndər Abbas, Məşhəd və Dezful hava hərbi bölmələri də sözügedən təlimlərdə iştirak edir.
Hazırda davam edən təlimlərdə Su-24MK bombardmançıları və F-4 qırıcılarının gecə hücumları baş tutub.
Qeyd edək ki, SEPAH bu gün “Şahid-149” PUA-sının modernləşdirilmiş “Qəzza” versiyasının Kaşan şəhərində təqdimatını keçirmişdi.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür