Qubada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mersedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil toqquşub.
Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb.
“Mersedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb və araşdırma davam etdirilir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür