Bu film açılış həftəsində rekord gəlir əldə etdi

10:32 - 24 İyul 2023 - GÜNDƏM

 Bu film açılış həftəsində rekord gəlir əldə etdi

İyulun 21-də premyerası olan “Barbi” filmi həftəsonu ABŞ-da 155 milyon dollar gəlir gətirib.

Kult.az xəbər verir ki, bu barədə “Varner Bros” kinostudiyasının daxili distribusiya şöbəsinin rəhbəri Ceff Qoldşteyn bildirib.

“Biz ilk həftəsonu 75 milyon dollar qazanacağımızı düşünürdük. Heç kim 155 milyon dollar gözləmirdi”, - Qoldşteyn məlumatda qeyd edilib.

Rejissor Kristofer Nolanın çəkdiyi və “nüvə bombasının atası” adlandırılan amerikalı fizik Robert Oppenhaymerin həyatından bəhs edən “Oppenhaymer” isə həftəsonu ən çox gəlir gətirən ikinci film olub. Bu film 80,5 milyon dollar qazanc gətirib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol