Ukrayna deputatı vətənə xəyanətdə ittiham edildi

14:30 - 24 İyul 2023 - GÜNDƏM

 Ukrayna deputatı vətənə xəyanətdə ittiham edildi

Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – həyat üçün” partiyasından olan Ali Radanın deputatına qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosunun materiallarına əsasən, Ukraynanın indiki xalq deputatı dövlətə xəyanətdə şübhəli bilinir. Bu deputat Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində olarkən könüllü olaraq təcavüzkarla əməkdaşlığa razılıq verib”, - məlumatda deyilir.

İddia olunur ki, deputat Rusiya qanunlarına əsasən onun nəzarətində olan müəssisələri yenidən qeydiyyatdan keçirib, Rusiya banklarının yerli filiallarında hesablar açıb, həmçinin maddi sərvətlərin istehsalını və onların Rusiya qoşunlarına verilməsini təşkil edib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Deputatın adı qeyd olunmur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol