Artsunyan Rusiyada məscidə hücum etdi – Video

14:54 - 24 İyul 2023 - GÜNDƏM

 Artsunyan Rusiyada məscidə hücum etdi – Video

27 yaşlı Vareş Artsunyan Rusiyanın Krasnoyarsk diyarında Katedral məscidinə çəkiclə hücum edib, pəncərələri, qapıları sındırıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Haqqin.az” məlumat yayıb.

Məlumata görə, məscidə gələnlər Artsunyanın qarşısını almağa çalışsalar da, o özünü son dərəcə aqressiv apararaq onlara hücum etməyə çalışıb:

“Həmin şəxs məscidin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. Məlum olub ki, Artsunyan əvvəllər quldurluğa görə məhkum olunub və psixiatriya xəstəxanasında qeydiyyatdadır. Saxlanılan şəxs dindirilərkən səmavi Qüdsün sakini olduğunu, məsciddə şeytana sitayiş edildiyini bildirib”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol