İran mediasında davamlı olaraq Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi ilə ad çıxaran bədnam siyasi şərhçilər Əhməd Kazımi və Ehsan Mövəhediyan televiziyada növbəti dəfə Azərbaycana qarşı qərəzli çıxış ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Azad İran” Feysbuk səhifəsi məlumat yayıb.
Məlumata görə, adıçəkilən ekspertlərin iyulun 23-də İran televiziyasının “Üfüq” telekanalında yayımlanan “Nəqşicahan” verilişinə müsahibələrində Qarabağı qərəzli şəkildə “arsax” adlandırıbar.
Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı siyasətini tənqid ediblər.
“Paşinyanın “artsax”ı Bakıya təhvil vermək siyasəti Ermənistanın parçalanmasına, İran sərhədində NATO və “sionistlərin” yerləşməsinə gətirib çıxaracaq”, - ekspertlər bildiriblər.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür