İsraildə maşın aksiya iştirakçılarını vurdu – Video

00:06 - 25 İyul 2023 - GÜNDƏM

 İsraildə maşın aksiya iştirakçılarını vurdu – Video

Təl-Əvivdə davam edən aksiyalardada insident yaşanıb.

BUTA.TV xəbər verir ki, sürətlə hərəkət edən avtomobil küçə boyu hərəkət edən və magistral yolu bağlamağa çalışan aksiya iştirakçılarını vurub. Nəticədə üç nəfər yaralanıb, avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, İsraildə məhkəmə islahatına dair ilk qanunun qəbuluna qarşı etirazlar polislə kütləvi toqquşmalara çevrilib. Təhlükəsizlik qüvvələri müxalifət tərəfdarlarını dağıtmaq üçün güc tətbiq edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol