“Dojd” telekanalının Latviya və Niderland bölmələri olan “SIA TV Rain” və “TVR Studios B.V.” Rusiyada arzuolunmaz təşkilat kimi tanınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun məlumat yayıb.
Bildirilib ki, təşkilatlar Rusiyada kanalın efirinə, internet səhifəsinə və sosial şəbəkələrinə girişə qadağan qoyulduqdan sonra Rusiya vətəndaşlığı olan xarici jurnalist Nataliya Sindeyeva tərəfindən yaradılıb.
Qeyd olunur ki, kanalda xarici agent elan edilən işçilər çalışır. Eyni zamanda, telekanal ekstremist, terrorçu və arzuolunmaz təşkilatlara (FBK, “Navalnının qərargahı”), eləcə də xarici agentlərə (“Meduza”, “Azadlıq” radiosu) istinad etməkdə ittiham edilir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür