Ərdoğanın Zəngəzur açıqlamasına Nikoldan cavab

20:30 - 25 İyul 2023 - GÜNDƏM

 Ərdoğanın Zəngəzur açıqlamasına Nikoldan cavab

Bizim mövqeyimizdə dəyişiklik yoxdur.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı problemin Ermənistanla deyil, İranla bağlı olması barədə bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu bəyanatdan (Ərdoğanın açıqlamasından – red.) sonra biz öz mövqelərimizi və təəssüratımızı təkcə tərəfdaş ölkələrlə deyil, Türkiyə ilə də bölüşdük. Ermənistan Respublikasının ərazisində heç bir “dəhliz” fəaliyyət göstərə bilməz.

Brüsseldəki son görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, Ermənistan ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməli olan yolları açmağa hazırdır”, - Paşinyan bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol