Biz Misirlə bu məsələləri müzakirə edəcəyik - Nazir

20:52 - 25 İyul 2023 - GÜNDƏM

 Biz Misirlə bu məsələləri müzakirə edəcəyik - Nazir

Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirilib.

Onun sözlərinə görə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də daxil ediləcək:

"Biz ölkələrimiz arasında İKT və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə edəcəyik".

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olunub. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Bu il iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 10 faiz artıb", - nazir deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol