Azərbaycanın ərazi bütövlüyü kontekstində... - Lavrov

22:58 - 25 İyul 2023 - GÜNDƏM

 Azərbaycanın ərazi bütövlüyü kontekstində... - Lavrov

1991-ci ildə Almatıda keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü kontekstində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi ən həssas məsələ olaraq qalır.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqların yekunları haqda deyib.

"Onun (bəyannamənin - red.) effektivliyi bu gün Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır. Ermənistan tərəfi müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən (indiki halda Azərbaycan), o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqlar barədə razılığa gəlmək üçün Dağlıq Qarabağ ermənilərini mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə inandırmağın zəruriliyini başa düşür”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

“Məsələlər sadə deyil. Ümid edirəm ki, bugünkü müzakirələr bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək", - Lavrov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol