Moskvada sensasion müzakirə - Lavrov işarə etdi

23:30 - 25 İyul 2023 - GÜNDƏM

 Moskvada sensasion müzakirə - Lavrov işarə etdi

Moskvada bu gün keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə mövzusu olan ən mühüm məqamlardan biri də azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bağlı olub.

BUTA.TV xəbər verir ki, bunun Azərbaycan tərəfindən xüsusi israrla irəli sürüldüyünü Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışından təxmin etmək mümkündür.

Serrgey Lavrov açıqlamasında bildirir: “Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə QARŞILIQLI ƏSASDA (fərqləndirmə bizimdir – red.) eyni zəmanətləri verməyə hazırdır. Ermənilər Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar”.

Belə görünür ki, Azərbaycan Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan ermənilərə Azərbaycanın digər vətəndaşları ilə eyni hüququ verməyə hazırdır, ancaq buna QARŞILIQLI ƏSAS tələb edir. Yəni Ermənistanın da öz ərazisində azərbaycanlılara eyni hüquqları – yaşam və vətəndaşlıq hüququnu verməsini istəyir.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrovun sözlərinə görə, İrəvan da “Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdır”.

Beləliklə, ermənilərin Qarabağda tamhüquqlu vətəndaş kimi yaşaması müqabilində - qarşılıqlı olaraq – Ermənistanın da 1988-ci ildə qovulan azərbaycanlıları qəbul etməsi və tamhüquqlu vətəndaş kimi haqlarını təmin etməyi öhdəsinə götürməsi danışıqların əsas müzakirə mövzusudur və bu istiqamətdə artıq razılaşma da var.

Köçürülmə vaxtı azərbaycanlıların təhlükəsizliyi necə təmin ediləcək? Ermənistanda da “sülhməramlı” yerləşdiriləcəkmi və bu, hansı qüvvə olacaq?

Görünür, Lavrovun “asan deyil” açıqlamasının səbəbi də budur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol