Ukrayna-NATO Şurasının iclası zamanı Şimali Atlantika Alyansı (NATO) Qara dəniz regionunda müşahidə və kəşfiyyatı gücləndirmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib.
Məlumata görə, NATO Rusiyanın taxıl sazişindən çıxmaq qərarını, eləcə də bütün dünyada yüz milyonlarla insanın asılı olduğu Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün Rusiyanın Ukraynaya cənubunda endirdiyi zərbələri pisləyib.
“Rusiya Qara dəniz bölgəsindəki təhlükəli və gərginləşən hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Rusiya dünyanın ən həssas əhalisini ərzaq təhlükəsizliyi ilə hədələməkdən əl çəkməlidir. Rusiyanın hərəkətləri, həmçinin Qara dəniz regionunun sabitliyi üçün əhəmiyyətli risklər yaradır. NATO üçün strateji əhəmiyyətə malikdir”, - Yens Stoltenberq bildirib.
Həmçinin qeyd edilir ki, NATO dəniz patrul təyyarələri və pilotsuz təyyarələrin köməyi ilə Qara dəniz regionunda müşahidə və kəşfiyyat işlərini gücləndirir.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür