Qarabağdakı separatçıların "humanitar böhran"ı - Video

17:28 - 27 İyul 2023 - GÜNDƏM

 Qarabağdakı separatçıların

Bütün dünyaya özlərini acındırmağa çalışan, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Qarabağdakı separatçıların daha bir yalanı ifşa oldu.

BUTA.TV xəbər verir ki, görüntülərdən də aydın olduğu kimi separatçılar heç də "humanitar böhran" yaşamırlar və ac qalmayıblar.

Hətta neçə gündür ki, erməni bloggerlərdə Xankəndində ərzaq və ehtiyac duyulan digər vasitlərdə hər hansı çatışmazlığın olmadığını bildirirlər. Xankəndində olan yığıncaqlar, mərasimlərdə bunu təsdiqləyir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Lakin məhz elə Xankəndidən yayılan kadrlardan da dəfələrlə şahid olmuşuq ki, bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirmir, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Bu kadr bir daha deyilənləri təsdiqləmiş olur.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol