Məşhur futbolçu karyerasını bitirdi

17:54 - 27 İyul 2023 - GÜNDƏM

 Məşhur futbolçu karyerasını bitirdi

İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu David Silva peşəkar karyerasını başa vurub.

BUTA.TV xəbər verir ki, yeni mövsüm öncəsi İspaniya "Real Sosyedad"ı ilə təlim-məşq toplanışında dizindən ağır zədə alan yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən Silva həyatının ən ağır qərarlarından birini verdiyini bildirib:

"Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam".

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Qeyd edək ki, David Silva karyerası ərzində ölkəsinin "Valensiya", "Eybar" və "Selta" klublarında da çıxış edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol