Məişət tullantılarına görə bu obyekt sahibləri cərimələndi

19:42 - 27 İyul 2023 - GÜNDƏM

 Məişət tullantılarına görə bu obyekt sahibləri cərimələndi

Məişət tullantılarının yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki “Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki “Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Aynur” istirahət mərkəzinin iş icraçısı İlqar Dadaşov, "Gold" marketin sahibi Nazir Əliverdiyev, "Eko" marketin sahibi Məhəmməd Aydəmirov, “Real” marketin nümayəndəsi Asif Atazadə, "Həyat" istirahət mərkəzinin sahibi İsgəndər Sadıxov, “Mirislam" MMC-nin rəhbəri Rabil İsayev və avtomobil təmiri sexinin sahibi İldırım Verdiyev barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol