Paşinyan qeyri-parlament siyasi qüvvələriylə görüş keçirdi

21:40 - 27 İyul 2023 - GÜNDƏM

 Paşinyan qeyri-parlament siyasi qüvvələriylə görüş keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdənkənar siyasi qüvvələrin nümayəndələri ilə görüş keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan, Vahid Vətən Partiyasının sədri Mger Terteryan, Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Suveren Ermənistan Partiyasının sədri David Sanasaryan, Vətən Gücü Partiyasının lideri Tiqran Arzakantsyan, Qnçak Sosial Demokrat Partiyasının Ermənistandakı rəhbəri Sedrak Acəmyan iştirak ediblər.

Görüşdə nəyin müzakirə edildiyi barədə məlumat verilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol