Mariya Stadnik Polşada da çempion oldu

23:06 - 27 İyul 2023 - GÜNDƏM

 Mariya Stadnik Polşada da çempion oldu

Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

BUTA.TV xəbər verir ki, yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb.

Belə ki, Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, favorit imicini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbə ilə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol