Kondisioner suyu zərərlidir? - Xəbərdarlıq

08:18 - 28 İyul 2023 - GÜNDƏM

 Kondisioner suyu zərərlidir? - Xəbərdarlıq

Kondisionerdən axan suyun dəriyə heç bir zərəri yoxdur. Heç bir əlavə kimyəvi maddələr, minerallar və ya çirkləndiricilər olmadan mahiyyətcə təmiz sudur. Buna görə də dəriyə hər hansı bir mənfi təsir göstərmə ehtimalı azdır və onunla təmasda olmaq təhlükəsizdir.

Bu sözləri BUTA.TV-a açıqlamasında dermatoloq Bəxtiyar Paşayev kondisioner suyunun ziyanının olub-olmaması ilə bağlı danışarkən deyib.

Dermatoloq onu da bildirib ki, kondisionerin vaxtaşırı düzgün təmizlənməməsi isə risklidir:

“Kondisionerdə toplanan su adətən təmiz olur, lakin kondisioner və ya onun drenaj sistemi vaxtaşırı təmizlənməzsə, kif və ya bakteriyanın inkişafı riski ola bilər. Su çirklənirsə, dərinin qıcıqlanmasına və ya digər sağlamlıq problemlərinə səbəb ola bilər. Kondisionerə müntəzəm texniki qulluq etmək və təmizlik aparmaqla bu problemin qarşısını almaq mümkündür”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Qeyd edək ki, Bakıda bütün evlərdə quraşdırılan və illərlə təmizlənməyən kondisionerlərdən ixrac olunan su birbaşa həyətlərə axıdılır və bu da əhalinin narazılığına səbəb olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol